Gəncə Təhsil Məlumat Mərkəzi

19.07.2013 23:14

1998-ci ildə yanvar ayından Gəncə Təhsil Məlumat Mərkəzi fəaliyyətə başlayıb  və "Kamil Vətəndaş" MM İB - də  müstəqil şöbə kimi fəaliyyət göstərir. Bizim əsas məqsədimiz xaricdə təhsil almaq istəyənlər üçün hərtərəfli və faydalı məlumatlar və əsasən ABŞ-da təhsil imkanlarının mövcudluğunu təmin etməkdir. ABŞ-da təhsil imkanlarını təmin etməkdən əlavə, Gəncə Təhsil Məlumat Mərkəzinin  həmçinin məsləhət şöbəsidə yaradılmışdır ki onun vasitəsi ilə Təhsil Nazirliyi, ABŞ səfirliyi, habelə digər mühüm partnyor təşkilatlar ilə əlaqə saxlamaq mümkündür. Gəncə Təhsil Məlumat Mərkəzinin heyəti ABŞ Təhsil sistemi üçün ən yaxşı tələbə hazırlamaq habelə, professional bacarıq kursları, eyni zamanda Əcnəbi qonaqların mühazirələri vasitəsi ilə nəzəri və praktiki biliklər artırılması və gənclərin daha da maariflənməsi üçün çalışır.

 

Gəncə Təhsil Məlumat Mərkəzinin xidmətlərinə daxildir:

  • ABŞ təhsil sistemi haqqında vaxtaşırı mühazirələr verilməsi;
  • ABŞ da təhsilin əldə edilməsi ilə əlaqədar məsləhət qruplarının tövsiyyələrinin təmin edilməsi;
  • TOEFL, GMAT, GRE və SAT imtahanları haqqında və onların tarixləri barədə məlumatların verilməsi;
  • Müxtəlif təhsil mövzularında çıxış, mühazirə və seminarlar;
  • Visa prosesi də daxil olmaqla ABŞ universitetlərinə qəbul olmaq haqqında tövsiyyələrin verilməsi;
  • mövcud təqaüd proqramlarının idarə edilməsi və təşviqi;
  • Digər ölkələrdə təhsil və mədəni fərqlər bağlı müxtəlif məsələlər üzrə xaricdən qonaq spikerlərinlərin dəvət edilməsi;
  • Müxtəlif mühazirələr, skype təqdimatlar və Universitet nümayəndələri ilə əlaqələrin qurulmasının təmin edilməsi;
  • İngilis / Rus/ Alman Danışıq məşğələlərinin təşkili;
  • İngilis dili Film Klublar və digər təhsil sessiyaları;
  • Gəncə Təhsil Məlumat Mərkəzinin qeyri adi kitabxanası, ədəbi-bədii kitab və CD mövcudluğu;
  • İnsanların kitab, CD və filmlərin evdə baxmaları üçün şəraitin yaradılması;
  • Kitabxana vasitəsi ilə Gəncə Təhsil Məlumat Mərkəzi gənclərin təhsil imkanlarınıı təmin edir;
  • Gənclərin inetrnet vasitəsi ilə biliklərin təkminləşdirilməsinin təmin edilməsi;

 

Gəncə Təhsil Məlumat Mərkəzinin məsləhətçisi:

Gəncə Təhsil Məlumat Mərkəzinnin təhsil üzrə məsləhətçisi ABŞ Dövlət Departamentinin Təhsil məslələri üzrə müşavirləri tərəfindən təyin edilir və onunla məsləhət nəticəsində siz çox maraqlı bir təhsil səfərinə başlaya bilərsiniz.

 

İş günləri:

Bazar ertəsi – Şənbə 10:00 - 18:00

Bazar – Qeyri iş günü

 

Əlaqələr:

Həsən Hüseynli - Baş məsləhətçi hhuseynli@kamilv.az

Leyla Həmidova - ABŞ Təhsil məsləhətçisi lhamidova@kamilv.az

EducationUSA

Saturday, August 10, 2013 - 00:45