“Azərbaycanın Qərb bölgəsində QHT-lərin davamlılığının əsas konsepsiyası kimi sosial sahibkarlığın təbliği”

27.10.2013 16:23
Tədbirin haqqında məlumat: 

Oktyabr ayının 26-27-də “Kamil Vətəndaş” MM İB-də “Azərbaycanın Qərb bölgəsində QHT-lərin davamlılığının əsas konsepsiyası kimi sosial sahibkarlığın təbliği” layihəsi çərçivəsində QHT-lər üçün “Biznes planlaşdırılması və Marketing” Və "Fandreyzing"mövzularındaikinci qrup üçün təlim sessiyaları həyata keçirilmişdir. Təlimlər Beynəlxalq Əmək Təşkilatının eksperti Azad Rəhimov tərəfindən həyata keçirilmişdir. Təlimdə Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən gənc QHT təmsilçiləri iştirak etmişdilər. Layihə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilir. Xatırladım ki ilk qrupun təlimlər avqust ayının 17-20 də baş tutmuşdu.