“Wonderland-2013” adlı Şəkidə beynəlxalq skaut düşərgəsi

28.08.2013 21:18
Tədbirin haqqında məlumat: 

16-23 Avqust 2013 ci il tarixlərində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin bir qrup gənc üzvü Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Şəkidə keçirilən “Wonderland-2013” adlı beynəlxalq skaut düşərgəsində iştirak edib.

Azərbaycanda keçirilən bu ilk skaut düşərgəsində Azərbaycanın bir neçə bölgəsi ilə bərabər, Gürcüstan, Moldova, Polşa, Macarıstan, Ukrayna, İngiltərə, Belarus və Qazaxıstandan 130-a yaxın gənc iştirak edib. Düşərgədə gənclərin intellektual səviyyələrinin artırılması üçün müxtəlif oyunlar, qrup işləri, skaut düşərgələrinin salınması, ilk tibbi yardım, pionerinq, trekking və hayking haqqında təlimlər keçirilib. Bundan başqa düşərgədə xarici ölkələrdən gələn qonaqların mədəniyyət gecəsi də təşkil olunmuşdur.

Gəncə şəhəri Azərbaycanın bir bölgəsi kimi “Wonderland-2013” adlı düşərgədə layiqincə təmsil olundu. 18 nəfərlik heyətlə iştirak edən Gəncə şəhərinin gəncləri – Altun Əlizadə, Azər Hüseynli, Şəhla Cəfərova, Ləman Həsənova, Aytəkin Ağabalayeva, Aynur Rzayeva, Nina Bu, Emin Məmmədov, Ləman Məmmədova, Ayxan Hüseyn, Zamin Məmmədli, Yalçın Hüseynli, Kamran Axundov, Ülviyyə Alıxanova və başqaları “And içirəm öz şərəfimə məndən asılı hər bir şeyi edecəyəm ki, Allah və Azərbaycan qarşısında olan borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim, skaut qanunlarına tabe olum” andını içərək Azərbaycanın ilk skautçularından oldular. Azərbaycan Skautlar Assosiasiyası 11 Oktyabr 1997-ci il tarixində təsis olunmuşdur. Əsas məqsədi-gənclərin tərbiyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir.

Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell tərəfindən yaradılıb. Hal-hazırda 217 dünya ölkəsindən 31 milyon uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək,”Hər gün xeyirxah iş görək” devizi altında fəaliyyət göstərir. Yarandığı dövürdən indiyədək fəaliyyətimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olub.

"Wonderland-2013" beynəlxalq skaut düşərqəsi

Wednesday, August 28, 2013 - 21:15