ABŞ-da 1 semestr təhsil almaq imkanı verən UGRAD proqramı haqqında təqdimat!

12.02.2014 18:19
Tədbirin haqqında məlumat: 

Fevral 12-sində “Kamil Vətəndaş” maarifləndirmə mərkəzində  1-ci, 2-ci və 3-cü kurs tələbələri üçün ABŞ-da 1 semestr təhsil almaq imkanı verən UGRAD proqramı haqqında təqdimat keçirildi.

Beynəlxalq təhsil məsləhətçisi Leyla Həmidova “Global UGRAD” proqramı haqqında – onlayn ərizə prosesi, viza, son müraciyət tarixi - ətraflı məlumat verdi. "Kamil Vətəndaş" MM-nin sədri Həsən Hüseynli proqramın mahiyyəti və faydaları haqqında danışdı. UGRAD proqramının keçən ilki məzunu Günay Xəlilova ABŞ-da təhsil və məişət təcrübəsini iştirakçı gənclərlə bölüşdü. İştirakçıların çoxsaylı sualları cavablandırıldı.

 

UGRAD

Wednesday, February 12, 2014 - 18:15