"Cənnətdə 5 dəqiqə" bədii filmi

9.10.2013 10:56
Tədbirin haqqında məlumat: 

Əziz dostlar,

"İmagine" Münagişə Transformasiyası Mərkəzi və Kamil Vətəndaş Maarifləndirmə Mərkəzinin Kino Klubu size yeni film nümayişinə dəvət edir.

Bu dəfə biz "Cənnətdə 5 dəqiqə" bədii filminə baxacağıq. Film 1975-ci ildə Şimali İrlandiyada və İngiltərəylə birləşmə və ayrılma tərəfdarı olan gənclər arasındakı münaqişələrdən bəhs edir. Olster könüllərindən 16 yaşlı Alistair Little, 19 yaşlı katolik Jim Griffinin öldürür. İki həftə sonra Alistair həbs olunaraq həbsxanaya göndərilir. Jim'in 11 yaşındakı qardaşı Joe, cinayətin şahididir. Cinayətdən 33 il sonra, televiziyadan bir şou qatil Alistair ilə qurbanın qardaşı Joeni barış məqsədi ilə qarşılaşdırırlar. Alistair həbsxanada səhvini anlayıb, Şimali İrlandiyada isə artıq sülh var, lakin Joenin ürəyində qardaşının qatilini kameralar qarşısında öldürmək məqsədi var…

Filmin nümayişindən sonra müzakirələr olacaq.

Film Türk dilində nümayiş olunacaq.

Vaxt: Bazar Günü, 13 Oktyabr 14:00
Məkan: Kamil Vətəndaş Maarifləndirmə Mərkəzin ofisi
Ünvan: Gəncə şəhəri, Mirəli Qashqay 10, AZ2000

DİQQƏT!
Ünvanı tanımayanlar əvvəlcədən bu nömrə ilə əlaqə saxlasın (+994 55) 586 0075 Akif.

Hörmətlə,
"Imagine" komandası və Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi