Diskriminasiya və ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində idmanın rolu". Italiya, Mesagne

22.01.2014 17:55
Tədbirin haqqında məlumat: 

    "Kamil Vətəndaş"ın bir neçə üzvü Avropa İttifaqının maliyyə dəstəyi ilə  Lokal Demokratiya Agentlikləri Assosiasiyası (Association of Local Democracy Agenises -ALDA) və İtaliyanın ISBEM  təşkilatı dəstəyi ilə   "Diskriminasiya və ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində idmanın rolu" (TOlerance in Youth Sport - TOYS) layihəsində iştirak edib. Layihə janvar ayinın 13-dən 19-na kimi İtaliyanin qədim Messagne şəhərində həyata keçirilib. Layihədə 9 Avropa ölkəsindən nümayəndə iştirak etib.
     Yanvar ayın 13-cü layihənin təqdimatı oldu, iştirakçılarl diskriminasiya və ayrı-seçkilik barədə öz təsəvvürləri və bunun həlli təcrübəsindən danışdılar. Həmin gun, “Castle” auditoriyasinda  yerli hakimiyyət orqanları ilə görüş baş tutdu. Göruş zamanı meriya nümayəndəsi iştakçıları salamladı və bu layihənin vacibliyini vurğuladı. Günün sonunda  milli mətbəxt axşamı keçilirdi. “Kamil Vətəndaş” komandası Azərbaycan milli mətbəxinin bəzi nümunələrini xaciri iştirakçıları nümayiş etdirdilər. İştirakçılar böyük məmnuniyyətlə başqa ölkələrin mətbəx nümunələrinin  tamına baxdılar. 
    Yanvarın 14-də yerli  “Epifanio Ferdinando” məktəbində görüş oldu. Görüşdə TOYS layihəsinin rəhbəri Alda Khani Avropa Birliyinin gənclər üşün 2014-2020 illərdə həyata keçirəcəyi  Erasmus+ proqramının təqdimatını etdi. Digər iştirakçılar da bu proqram barədə əlavə məlumatlar verdilər. Məktəblilərin suallar cavablandırıldı və maraqlı müzakirələr oldu. Həmin gün layihə iştirakçıları Cellino San Marco ranchosunda məşhur İtaliyan müğənnisi Albano Karissinin qonağı oldular. Müğənni iştirakçılar qarşısında çıxış edərkən bu yaxınlarda Azərbaycana etdiyi səfərindən də söz saldı, Bakida çox yaxşı qarşılandığını və Azərbaycanın son illərdəki geniş inkişafını xüsusi vurğuladı.
    Layihənin vacib məqamlarından biri Lecce şəhərindəki Del Salento Universitetində keçirilən görüş oldu. Bu görüşdə universitetin iki professoru idmanda zorakılığın fərdi və sosial kökləri haqqında muhazirə oxudular və iştrakçiların suallarını cavablandırdılar.
    Əhəmiyyətli görüşdərdən digəri isə Ostuni şəhərinin "Gənclər Evi" iştirakçıları ilə irqçiliyə qarşı idmandan necə istifadə etmək haqqında müzakirələrin aparılması idi. Ostuni şəhərində yerləşən “SOS” uşaq kəndində keçirilən görüş də bütün iştirakçıların marağına səbəb oldu.
    “TOYS” layihəsini son görüşlərinin biri Brindisi şəhərindəki “Rotary Club”un dəstəyi ilə yerli hakimiyyət orqanlarının nümayəndələri ilə təşkil olunmuş görüşü oldu.  Bu görüşdə layihənin vacibliyi və uğurları qeyd olundu, davamli olması arzulandi. İştrakçılara kitabçalar və Klubun emblemi olan maykalar hədiyyə edildi. Layihənin son günündə təşkil olunan ziyafətdə iştirakçılara  “YouthPass “ sertifiktları təqdim olundu. İştirakşılar gələcəkdə Erazmus+ proqramı çərçıvəsində əməkdaşlığı davam etdirmək və müştərək layihələrdən birini Gəncə şəhərində keçirmək barədə arzularını bildirdilər

 

TOYS

Wednesday, January 22, 2014 - 17:45