Gənclər Seçki Prosesinin Şəffavlığının Keşiyində

19.09.2013 21:01
Tədbirin haqqında məlumat: 

19 Sentyabr 2013-ci il tarixində “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi "Kamil Vətəndaş" MMİB-nin ofisində yeni veb səhifənin təqdimatını keçirib.

“Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə “Gənclər Seçki Prosesinin Şəffavlığının Keşiyində” adlı layihəsini həyata keçirir. Layihənin məqsədi onlayn vasitələrdən istifadə edərək gənclərin seçki prosesinin müşahidəsində iştirakını gücləndirmək və seçki prosesinin şəffaflığını qorumaqdır. Bu məqsədə çatmaq üçün www.uinelection.net adlı vebsəhifə hazırlanıb. Vebsəhifənin əsas funksiyası seçki prosesində baş verən bütün pozuntuları üzə çıxararaq, işıqlandırmaq. Ushahidi Platforması əsasında qurulan bu vebsəhifə seçki prosesini izləyən bütün vətəndəşlar (əsasən gənclər) və müşahidəçilər tərəfindən istifadə oluna bilər. Beləki:

  • vebsəhifənin “Xəbər Göndər” bölməsinə daxil olaraq, seçki prosesi ilə bağlı məlumatlar, hər cür şəkildə göndərilə bilər: videoyazı, fotoşəkillər, məqalələr, müxtəlif görüntülər, mesajlar, monitoring nəticələri, müsahibələr və s.
  • digər seçki prosesində iştirak edən və fəaliyyət göstərən vətəndaşlar, təşkilatlar və müşahidəçilərlə fikir bölüşməsi, yazışma və informasiya paylaşması - vebsəhifənin rəsmi Facebook və Twitter hesabları vasitəsilə aparıla bilər;
  • vebsəhifədə yerləşdirilmiş xüsusi linklərdən istifadə edərək seçki prosesinin monitorinqini aparan digər təşkilatların vebsəhifələrindən faydalana bilərlər;
  • 9 oktyabr - Prezident Seçkiləri günü Azərbaycan Respublikasının müxtəlif Seçki Dairələrində (vebsəhifənin üzərində yerləşən xəritə vasitəsi ilə) baş verən pozuntuları və məlumatları izləyə bilərlər, məlumatla əlaqədar fikir bölüşməsi apara bilər və informasiyanı paylaşa bilərlər.