"İctimai Əməkdaşlıq Platformasının" Üzvləri üçün İnkişaf Strategiyasi və Vəsaitlərin Axtarışı

31.08.2013 15:06
Tədbirin haqqında məlumat: 

28-29 Avqust 2013 cü ildə "Kamil Vətəndaş" MMİB-nin 6 nəfər əməkdaşı "İctimai Əməkdaşlıq Platformasının üzvləri üçün inkişaf strategiyasi və vəsaitlərin axtarışı" mövzusu ətrafında təlimdə iştirak etdilər. Təlim "Sənin Pulun Sənin Gələcəyin" layihəsi çərçivəsində baş tutdu. Bundan əvvəl iştirakçılar 9 İyulda ilk təlimdə iştirak etmişdilər. Sayca ikinci olan təlimdə QHT-lər üçün vəsait axtarışı, donor ilə ünsüyyət, layihə büdcəsinin təşkili və təhlili kimi məsələlər müzakirə edildi. Təlimlər peşəkar təlimçilər Şəhla İsmayıl və İsrafil Xakiyev tərəfindən həyata keçirildi. Layihə Avropa İttifaqının və OXFAM Böyük Britaniya təşkilatının maliyyə dəstəyi ilə Milli Budce Qrupu, Azad İqtisadiyyata Yardım, İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilati dəstəyi ilə baş tutdu.