Insan Alverinə Son

7.08.2013 23:59
Tədbirin haqqında məlumat: 

İnsan Alveri bugünün əsas problemlərindəndir. Hər il təxminən dünyada 20 million adam insan alverinin qurbanına çevrilir. Həmçinin 14 million insan isə məişət zorakılığınin qurbanı olurlar.

Amerika Konsulluğu və Azərbaycan Avropa Hərəkatı bunu nəzərə alaraq insanları xüsusilə gəncləri maarifləndirməyi qarşılarına məqsəd qoydular. Onlar çalışırlar ki, insanlar məişət zorakılığının və insan alverinin qurbanına çevrilməsinlər. Bunun üçün layihə həyata keçirirlər. Layihə çərçivəsində Avqust və Sentyabr aylarında Azərbaycan regionlarında təlim kurslarının həyata keçirilməsi nəzərdə tutulub. Biz çalışırqı ki insanlar bu barədə məlumaltlı olsunlar və onlar növbəti insan alveri və məişət zorakılığının qurbanı olmasınlar.

Layihə çərçivəsində Gəncə şəhərində ki, görüş 12 Avqust 2013 cü il saat 15:00 da “Kamil Vətəndaş” MMİB-nin ofisində həyata keçiriləcək.