İsveçrə Mədəniyyəti Günü

4.09.2013 23:59
Tədbirin haqqında məlumat: 

Çərşənbə günü, Avqustun 28-də Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi İctimai Birliyinin könüllüsü Nina Bumann öz ölkəsi İsveçrə haqqında təqdimat etdi. O, Avropanın ürəyində olan bu kiçik çoxmədəniyyətli ölkə haqqında çox maraqlı faktlar təqdim etdi: 1848 ildə yaradılan İsveçrə Konfederasiyasının rəsmi dörd dili var (alman, fransız, italyan və rumın). Bütün mədəni və müxtəlif dillərdə danışan insanların inteqrasiyası üçün isverçrəninin xüsusi siyasi sistemi mövcuddur. Bunun ən mühüm prinsiplərdən biri federalizmdir. Bundan başqa, dövlət başçısı 7 nəfərdən ibarət olan Federal Şurası tərəfindən təyin olunur. Həmçinin Nina İsveçrənin adət-ənənələri haqqında danışdı və xüsusi texnika ilə ifa olunan Yodelling musiqisini iştirakçılara ifa etdirdi. Əlavə olaraq İsveçrənin həyat tərzi haqqında maraqlı nüanslara toxunuldu. Hal-hazırda, İsveçrə əhalisinin 22%-inin əcnəbilər olması da bu ölkənin nə qədər çox mədəniyyətli olmasıda bariz nümunədir. Xanım Bumann öz təqdimatında həmçinin gender bərabərliyi haqqında müzakirələrədə yer ayırmışdı. İsveçrədə qadınların kişilərlə necə eyni sosial mövqeyə sahib olduqlarını izah etdi. Nina öz təqdimatını dadlı Fondue təamını hazırlamaq ilə bitirdi. Fondue İsveçrə milli yeməyidir, pendir və ağ şərabdan hazırlanaraq çörəklə yeyilir.

İsveçrə Mədəniyyəti Günü

Wednesday, August 28, 2013 - 23:45