"Kamil Oxucu" Kitab Klubu

2.12.2013 21:55
Tədbirin haqqında məlumat: 

Noyabrın 17-də “Kamil Vətəndaş” MM Ictimai Birliyində Kamil Oxucu Kitab Klubunun fəaliyytinin yenidən bərpası ilə bağlı tədbir təşkil olundu. 26 gəncin iştirakı ilə keçirilən tədbirdə klubun fəaliyyət planı açıqlandı. Fəaliyyət planında ayda bir kitabın seçilib müzakirə olunması ilə yanaşı, iştirakçıların təklifləri nəzərə alınaraq kitab və mütaliyyə ilə bağlı düşündürücü filmlərin nümaişi və müzakirəsi də həyata keçiriləcək. Klubun nəzdində artıq müzakirə olunacaq ilk kitab seçilərək müzakirə tarixi müəyyənləşdirilmiş və həmçinin bir dəfə film nümayişi və müzakirəsi təşkil olunub. Hər həftənin bazar günləri kamil oxucuları Kamil Vətəndaş IB-də toplayan klubda növbəti bazar günü üçün sərbəst mövzuda müzakirə planlaşdırılır. Addımlarını üzvlərinin təklif, rəy və sonda səsverməsi ilə müəyyənləşdirən kitab klubunun fəaliyyətinin genişləndirəcəyinə dair gözləntilər var.

Kamil Oxucu

Monday, December 2, 2013 - 22:00