Uşaqlar, Aktiv Olun

28.08.2013 22:39
Tədbirin haqqında məlumat: 

Gənc Liderlik Proqramının məzunları YLP kiçik qrantlar proqramının maliyyə dəstəyi ilə SOS Uşaq Kəndində “Uşaqlar, aktiv olun” adlı layihəsini həyata keçirdilər. Layihə 3 həftə davam etdi. Layihənin əsas məqsədi uşaqların ictimai xidmətə cəlb olunmaları idi. Hər həftə müxtəlif mövzular müzakirə olundu – onlardan liderlik, ətraf mühit və ictimai aktivlik və s.. “Uşaqlar, aktiv olun” layihəsinin sonunda uşaqlar ictimai fəaliyyətlə məşğul oldular: Ramazan bayramı ilə əlaqədar yaşlı insanlar üçün təbrik kartları hazırladılar. “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin əməkdaşı Akif Vəlizadə layihə çərçivəsində liderlik haqda təlimin aparılmasında və eləcə də təlim materiallarının hazırlanmasında kömək göstərmişdir.

Uşaqlar, aktiv olun

Wednesday, August 28, 2013 - 22:45