“Gənc İcma Liderləri Məktəbi” layihəsi

3.08.2013 22:17

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyi ABŞ-ın Beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitunun maliyyə dəstəyi ilə “Gənc İcma Liderləri Məktəbi” layihəsinin həyata keçirilməsinə başlamışdır. 

Layihə çərçivəsində 16-26 yaşlı gənclər “Liderlik və Ictimai Nitq”, “Tənqidi təfəkkür”, “İctimai Vəkillik və Kommunikasiya”, “İcma Ehtiyaclarının Qiymətləndirilməsi”, “Layihə Təklifinin Yazılışı və Layihələrin Idarə Olunması”“Sosial Media” mövzularında təlim kursları təşkil ediləcəkdir.

Təlim kursunu bitirənlərə sertifikatlar təqdim olunacaqdır. Təlimdə uğrula iştirak etmiş gənclərin 4 layihəsi kiçik qrant vasitəsilə dəstəklənəcəkdir, eyni zamanda iştirakçılar “Liderlik Məktəbin” də iştirak etmək hüququ qazanacaqlar. 

İlk təlim kursu üçün qeydiyyatın son tarixi 10 avqustdur. İlk təlim kursu avqust ayının 13-dən başlayacaqdır.

Maraqlananlar qeydiyyatdan keçmək üçün “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyinə müraciət edə bilərlər. 

Ünvan: Mirəli Qaşqay küçəsi 10.

Əlaqə üçün şəxs: Akif Vəlizadə, Murad Xəlilov

Tel: 256-30-25

E-mail: avalizade@kamilv.az ; mkhalilov@kamilv.az