22 sentyabr 2013-cü il tarixdə ABŞ-nın Azərbaycandakı Səfiri cənab Riçard Morninqstar özünün Gəncə şəhərinə səfəri çərçivəsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzində yerli QHT nümayəndələri ilə görüşmüşdür. Görüşdə QHT-lərin fəaliyyəti və onların qarşıdan gələn prezident seçkiləri ilə bağlı həyata keçirdikləri maarifləndirmə tədbirləri müzakirə edilmişdir.