Cənnətdə 5 dəqiqə

14.10.2013 17:46

13.10.2013-cü ildə Gəncə şəhərində "Kamil Vətəndaş" MM İB və Beynəlxalq "İmagine" Münaqişələrin Transformasiya Mərkəzinin birgə həyata keçirdiyi film nümayişi baş tutdu. "Cənnətdə 5 dəqiqə" filminə baxmaq üçün Gəncə şəhərində yaşayan 30 nəfərdən artıq gənc və 3 nəfər ABŞ Sülh Korpusu könüllülərindən təşrif buyurmuşdular. Film bitdikdən sonra təxminən 1 saat davam edən müzakirələr oldu. Sonra isə filmə baxmağa gələnlər çay dəsgahına dəvət olundular. Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirildi. Film Beynəlxalq "İmagine" Münaqişələrin Transformasiya Mərkəzinin Azərbaycan üzrə direktoru Həmidə Qiyasbəyli tərəfində təqdim edildi.