Kiçik Subqrantlar Müsabiqəsi

11.12.2013 18:09

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyi ABŞ-ın Beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitunun dəstəyi ilə “Gənc İcma Liderləri Məktəbi” layihəsinin icrasının növbəti mərhələsinə keçir. Belə ki, 09.12.2013-cü il tarixində layihə çərçivəsində Kiçik Subqrantlar Müsabiqəsinə start verildi. Müsabiqədə layihənin təlimlərində iştirak etmiş gənclərin yaratdığı təşəbbüs qrupları iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan layihə təkliflərinin büdcəsi $ 200 məbləgindən çox olmamalıdır. Subqrantların ümumi büdcəsi isə $ 600 miqdarındadır. Layihələrin mövzusu gənclərin inkişafı, ictimai vəkillik, kimsəsiz uşaqlar, ekologiya, gender problemləri, ailə zorakılığı, və s. bu kimi vətəndaş cəmiyyəti problemlərini əhatə edə bilər və icra müddəti maksimum 1 ay olmamalıdır. Layihə təklifləri və büdcə aşağıda göstərilən formaya uyğun doldurularaq avalizade@kamilv.az e-mail ünvanına göndərilməlidir. Layihə təkliflərinin  qəbulu üçün son vaxt 15.01.2014 cü il, saat 18:00-dır.  Müsabiqənin nəticələri haqqında məlumat 20.01.2013 cü ildə veriləcəkdir.