Media qiymətləndirmə ekspertləri üçün tender elan edildi

24.01.2014 10:38

“Qərb-Resurs” VCİD İB Avropa Komissiyasının maliyyələşdirdiyi və Sourcefabric o.p.s. Çex təşkilatı ilə birgə həyata keçirdiyi  “Azərbaycanda Regional Onlayn Xəbərləri” layihəsi çərçivəsində media qiymətləndirmə ekspertləri üçün tender elan edir. Seçiləcək ekspertlər Azərbaycandakı Media təşkilatlarının qiymətləndirməsini aparacaq və hesabat tərtib edəcək. Namizədlər maraq məktubunu və CV-lərini bu ünvana göndərə bilər: garb_resurs@yahoo.com

“Qərb-Resurs” VCİD İB ölkənin humanitar və əməkdaşlığa əsaslanan, ictimai maraqlar naminə fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır. Birliyin əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması, sosial rifahın təmin edilməsi və demokratik cəmiyyət quruculuğuna dəstək verməkdir.