Birləşmiş Krallığın Azərbaycandakı Səfiri cənab IRFAN SIDDIQ “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzində qonaq oldu

8.02.2014 13:47

6 fevral 2014-cü il tarixdə Birləşmiş Krallığın Azərbaycandakı Səfiri cənab IRFAN SIDDIQ özünün Gəncə şəhərinə səfəri çərçivəsində  “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzində qonaq oldu. Səfir təşkilatın fəaliyyəti və Britaniya Səfirliyinin dəstəklədiyi son layihənin icrası ilə yaxından tanış oldu. Görüşdə  “Kamil Vətəndaş” təşkilatının Britaniya Səfirliyi ilə gələcək əməkdaşlıq məsələləri də müzakirə olundu.

Həmin gün Səfir “Kamil Vətəndaş”  maarifləndirmə Mərkəzində yerli QHT nümayəndələri ilə də görüşmüşdür. Görüşdə QHT-lər öz fəaliyyətləri, həyata keçirdikləri layihələr və qarşılaşdıqları  problemler haqqında məlumat verdilər. Cənab Səfir həmişə region QHT-ləri ilə maraqlandıqlarını, onların fəaliyyətlərini dəstəklədiklərini və gələcəkdə də bu əməkdaşlığı davam etdirəcəklərini vurğuladı.

06022014

CA, February 6, 2014 - 14:15