Gənclər üçün Liberal Dəyərlər Məktəbi

15.07.2013 16:15
Layihə haqqında: 

Bu layihə iki yüz nəfər gəncin ictimai bilik və bacarıqlarını artırmaqla onları siyasi və sosial həyatda fəal iştiraka cəlb etmək və gənclərin təşəbbüs qruplarını yaratmaq məqsədi daşıyır. Layihə çərçivəsində gənclərə Azərbaycanda və dünyada demokratiya tarixindənç insan haqlarıç tənqidi düşüncə, liderlik vətəndaş cəmiyyəti və qeyri-hökümət təşkilatları ilə bağlı bir sıra təlimlər keçirilir. Layihənin fəaliyyət planı Azərbaycanın Qərb regionunda gənclik düşərgələri və konfransları təşkil etməklə vətəndaş cəmiyyətində gənclərin rolunu təşviq edir. Bundan əlavə, yeni yaradılmış gənclərin təşəbbüs qruplarına QHT qeydiyatı, layihə təklifinin yazılışı, QHT idarəetməsi və fandreyzinqlə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur.

Əhatə dairəsi: 
Gəncə, Samux, Göygöl, Şəmkir