Bir-Birimizi Daha Yaxşı Anlayaq

15.07.2013 17:42
Layihə haqqında: 

Bu layihədə Rusiyanın Krasnodar Vilayətində fəaliyyət göstərən “Cənub Resurs Mərkəzi” adlı QHT və Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən “Studio-Re” adlı QHT ilə əməkdaşlıq çərçivəsində keçirilmiş beynəlxalq layihədir. Laihənin ilk mərhələsində müsahibə yolu ilə seçilmiş gənclərə “Sosial Psixologiya”, “Tolerantlıq”, “Konfliktlərin həllində Beynəlxalq və yerli təcrübə” mövzularında 4 təlimçi tərəfindən 6 həftəlik nəzəri təlim kursları keçilmişdir. Təlimlərdə fəal iştirak edən məzunlara üzərində BST-nin və “Kamil Vətəndaş” MMİB-nin loqoları olan sertifikatlar verilmişdir. Təlimçilər tərəfindən seçilmiş daha uğurlu 14 məzun isə Rusiyadan və Gürcüstandan tərəfdaş təşkilatlar tərəfindən seçilərək göndərilmiş 6 gənclə birlikdə bir həftəlik “Sülh Məktəbi”ndə iştirak etmişdilər. Sülh Məktəbinin təlimlərini yerli təlimçilər və Rusiyadan dəvət edilmiş təlimçi keçmişdir. Layihənin son mərhələsində Rusiyadan və Gürcüstandan gələn iştirakçılar öz ölkələrində bu Sülh Məktəbində keçilən təlimlər barədə məlumat sessiyası keçirərək bizə hesabat vermişdilər.

Gənclər üçün Beynəlxalq Sülh Məktəbi

Friday, August 23, 2013 - 18:00