Azərbaycanın Qərb Bölgəsində Gender Məsələləri ilə Məşğul Yerli QHT-lərin Bacarıqlarının Artırılması

15.07.2013 17:45
Layihə haqqında: 

Layihə 7 ay davam etmişdir. İlk mərhələdə Gəncə şəhərində fəaliyyət göstərən QHT-lərin gender problemləri ilə məşğul olan nümayəndələri üçün maarifləndirmə seminarları keçilmişdir. Bu seminarlarda onlara təşkilatlarının strategiyasında bu vacib problemi gündəmə gətirmək, bu sahədə səriştəli layihələrin yazılması, maliyyə mənbələri tapılması, donorlarla səmərəli işləmək bacarıqlarının inkişaf etdirilməsi mövzularında nəzəri və praktiki biliklər verilmişdir. Layihənin son mərhələsində təlim məzunlarının, Gəncədəki digər QHT nümayəndələrinin, şəhər İcra Hakimiyyəti nümayəndəsinin, jurnalistlərin və donor təşkilat olaraq Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələrinin birgə iştirakı ilə Yekun Konfransı keçirilmişdir.