Azərbaycanın Qərb bölgəsində QHT-lərin Davamlılığının Əsas Konsepsiyası kimi Sosial Sahibkarlığın Təbliği

23.09.2013 13:09
Layihə haqqında: 

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyi Böyük Britaniyanın Azərbaycan səfirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın Qərb bölgəsində QHT-lərin davamlılığının əsas konsepsiyası kimi sosial sahibkarlığın təbliği” layihəsinin həyata keçirir. 

Layihə çərçivəsində Azərbaycanın qərb bölgəsində fəaliyyət göstərən Qeyri-Hömumət təşkilatları üçün sosial sahibkarlıq, biznes planın təşkili, sahibkarlıq və sosial sahibkarlıq kimi  movzularda təlimlər, ictimai dinləmələr və dəyirmi masaların təşkil olunması nəzərdə tutulub.

Təlim kursunu bitirənlərə sertifikatlar təqdim olunacaqdır.

 

17 - 20 Avqusta “Kamil Vətəndaş” MM İB-də “Azərbaycanın Qərb bölgəsində QHT-lərin davamlılığının əsas konsepsiyası kimi sosial sahibkarlığın təbliği” layihəsi çərçivəsində QHT-lər üçün “Biznes planlaşdırılması və Marketing”, “Sosial Sahibkarlıq” və "Fandreyzinq" mövzularında təlim sessiyaları həyata keçirilmişdir. Təlimdə Gəncə şəhərində fəaliyyət göstərən QHT təmsilçiləri iştirak etmişdirlər. Təlimlər bu sahədə ekspertlər Azad Rəhimlin və Əhəd Kazımov tərəfindən həyata keçirilmişdir. Layihə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.