Güclü Media və Vətəndaş Cəmiyyətin Səyləri ilə Azərbaycanda Ətraf Mühit Məsələsinin Gündəmə Gətirilməsi

15.08.2013 00:03
Layihə haqqında: 

Layihə ətraf mühit maarifləndirməsini dəstəkləyir və vətətəndaşların təmiz ətraf mühitdə yaşamaq haqlarınıtəmin edir.

Layihə məqsədini bu şəkildə reallaşdırır: vətəndaş cəmiyyəti təşkilatları və medianın potensialını artırmaqla əhalinin bu sahədə siyasətin hazırlanmasında iştirakını gücləndirmək və sosial əhəmiyyətli mövzuları müxtəlif sosial qruplarda, ya da institutlarla birlikdə müzakirə etmək üçün forumlar təşkil etmək. Bundan əlavə, layihə mövzunun mediada işıqlandırılmasını yaxşılaşdırmaq məqsədilə vətəndaş cəmiyyəti, gənclər və təhsil institutlarının ətraf mühit problemlərinin həllinə diqqətini çəkmək üçün səyləri cəmləyəcək və ictimaiyyəti ətraf mühitlə bağlı maarifləndirmək üçün media, hökümət, QHT-lər arasında əməkdaşlığı gücləndirəcək. Eyni zamanda, layihə Azərbaycan hökümətinə bu sahədə islahatların aparılmasına yardım göstərərək onu QHT-lərin, beynəlxalq təşkilatların mütəxəssis tövsiyələri təmin edir.

Əhatə dairəsi: 
Bakı, Gəncə, Sumqayıt, Şəmkir, Qazax və Mingəçevir