Gəncə Təhsil Məlumat Mərkəzi

23.09.2013 13:30
Layihə haqqında: 

1998-ci ildə yanvar ayından Gəncə Təhsil Məlumat Mərkəzi fəaliyyətə başlayıb  və "Kamil Vətəndaş" MM İB - də  müstəqil şöbə kimi fəaliyyət göstərir. Bizim əsas məqsədimiz xaricdə təhsil almaq istəyənlər üçün hərtərəfli və faydalı məlumatlar və əsasən ABŞ-da təhsil imkanlarının mövcudluğunu təmin etməkdir. ABŞ-da təhsil imkanlarını təmin etməkdən əlavə, Gəncə Təhsil Məlumat Mərkəzinin  həmçinin məsləhət şöbəsidə yaradılmışdır ki onun vasitəsi ilə Təhsil Nazirliyi, ABŞ səfirliyi, habelə digər mühüm partnyor təşkilatlar ilə əlaqə saxlamaq mümkündür. Gəncə Təhsil Məlumat Mərkəzinin heyəti ABŞ Təhsil sistemi üçün ən yaxşı tələbə hazırlamaq habelə, professional bacarıq kursları, eyni zamanda Əcnəbi qonaqların mühazirələri vasitəsi ilə nəzəri və praktiki biliklər artırılması və gənclərin daha da maariflənməsi üçün çalışır.