Kiçik Qafqaz Meşə Massivlərının Mühafizəsində Vətəndaş Iştirakçılığının Təşviqi

23.09.2013 13:40
Layihə haqqında: 

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi Ictimai Birliyi ilə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi qərb böllgə nümayəndəliyinin birgə təqdim etdiyi Kiçik Qafqaz Meşə Massivlərının Mühafizəsində Vətəndaş Iştirakçılığının Təşviqi” layihəsi Azərbaycan Respublikasinin Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənmişdir.

 

Layihənin Məqsədi: 

Göygöl və Daşkəsən rayonları inzibati ərazilərində  məhv edilmiş və seyrəkləşdirilmiş Dövlət meşə fondu ərazilərinin mühafizəsində vətəndaş iştirakçılığının və məsuliyyətinin artırılması yolu ilə ətraf mühitə mənfi təsirlərin minimallaşdırılmasına nail olmaqdır.

 

Layihə çərçivəsində aşağıdakı fəaliyyət həyata keçiriləcəkdir:

  • Ərazi vahidləri üzrə meşə massivlərinə bitişik kəndlərdə məskunlaşmış əhalinin seminarlar vasitəsi ilə maarifləndirilməsi və meşələrə pozitiv münasibətlərin stimullaşdırılmasına sövq edilməsi;
  • Yerli icma nümayəndələri ilə görüşlərin təşkili;
  • Ərazi vahidləri üzrə meşə massivlərinə bitişik kəndlərin mərkəzi hesab olunan  meydançalarında, Bələdiyyə və İcra nümayəndəliklərinin binalarının qarşısında, həmçinin meşələrin giriş hissələrində 25 ədəd maarifləndirici və məsuliyyət hissini gücləndirən nəfis formatda lövhələrin yerləşdirilməsi;
  • Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ətrafında meşəsizləşdirilmiş 100 ha ərazinin dörd bir tərəfdən çəpərlənərək, həmin ərazidə ağac əkini və səpini işlərinin həyata keçirilməsi;
  • Meşə qanunvericiliyini pozmuş şəxslər barəsində qəbul olunmuş məhkəmə qətnamə və qərarlarının icra olunması üçün işlərin həyata keçirilməsi;
  • KİV-lərdə o cümlədən, TV-lərdə maarifləndirici və məsuliyyətliliyi artıran çıxışlar olunmaqla qınaq ənənəsinin bərpa olunmasına cəhtin göstərilməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.