Məcburi Köçkünlər Üçün Danış

23.12.2013 12:46
Layihə haqqında: 

Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyi Gəncə şəhəri, Göygöl və Samux rayonunda məskunlaşmış məcburi köçkünlər üçün Humanitar Tədqiqatlar Cəmiyyəti və Barışıq Resusrsları ilə əməkdaşlıq çərçivəsində “Məcburi Köçkünlər Üçün Danış” layihəsini həyata keçirir. Layihənin məqsədi məcburi köçkün gənclərin hüquqlarının qorunması bacarıqlarının artırılması və onların gələcəkdə aktiv vətəndaş kimi cəmiyyətdə rolunun formalaşdırılmasından ibarətdir.  Layihə çərçivəsində 15 məcburi köçkün gəncinin icma-əsaslı ictimai maraqların müdafiəsi kampaniyalarının planlaşdırılması, həyata keçirilməsi, manitorinq və qiymətləndirilməsinə dair bilik və bacarıqların öyrədilməsi və həmçinin gənc iştirakçılar arasında şəbə yaratmaq, informasiya, təcrübə  mübadiləsi və effektiv tətbiq edilməsinin öyrədilməsi planlaşdırılır. Layihənin əsas hədəf qrupları Gəncə şəhəri, Göygöl və Samux rayonunda məskunlaşmış 16-26 yaşlı 15 məcburi köçkün gəncləridir.         

 

Təlimin birinci mərhələsi 15 dekabr 2013-cü il KVMM-nin ofisində keçirildi. 15 məcburi köçkün gəncin və icma liderlərinin (Ağdam və Kəlbəcərdən) də iştirak etdiyi tədbirdə lobbiçilik və ictimai vəkilliyin konsepsiyasını anlamaq və qiymətləndirmək, ictimai vəkillik üçün məsələlərin müəyyən olunması və təhlili, mesajların hazırlanması, məcburi köçkünlərin sosial məsələlər üzrə lobbiçilik və ictimai vəkillik bacarıqlarının tətbiq edilməsi üçün fəaliyyət planının hazırlanmasına dair təlim keçirilmişdir. Təlimin sonunda interaktiv müzakirələr nəticəsində  ictimai maraqların müdafiəsi kampaniyaları keçirməklə məcburi köçkünlərin müvcud icma və sosial problemlərinin həll edilməsinin mümkünlüyünə dair aydın bir mənzərə yarandı. Ictimai maraqların müdafiəsi üzrə layihənin təlimçisi Fərid Zülfiqarov iştirakçıların suallarını cavablandıraraq, icmada müvafiq problemlərin həll edilməsi üçün kampaniyalarının həyata keçirilməsi yolları haqqında öz tövsiyyələrini verdi.     

 

Məhsuldar təlimdən sonra və iştirakçılıarın təkidli təşəbbüsləri ilə layihənin növbəti mərhələsinin icmalarda məcburi köçkün icma liderləri ilə keçirilməsi qərara alındı.