Qısa Məlumat

14.07.2013 18:03

“Kamil Vətəndaş” Maarifləndirə Mərkəzi İctimai Birliyi (KVMM) 2004-cü ildə “ACİ-YF, Azərbaycan” beynəlxalq təşkilatının Gəncə bölümünün bazasında yaradılmış və 2009-cu ildə dövlət qeydiyyatından keçmiş qeyri-hökumət təşkilatıdır.

Təşkilatın məqsədi Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhvə verməkdən ibarətdir. Bu məqsədlə təşkilat regionda vətəndaş cəmiyyəti quruculuğu, region QHT-lərinin inkişafı (QHT Resurs Mərkəzi), gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir. Bundan başqa təşkilatın nəzdində Gəncə Təhsil Məlumat Mərkəzinin (GTMM) fəaliyyəti hesabına gənclərin xaricdə təhsil alması üçün müntəzəm məlumat sessiyaları, fərdi və qrup məsləhət saatları keçirilir.

KVMM 2012-ci ildən Lokal Demokratiya Agentlikləri Assosiasiyasının (ALDA) üzvüdür.